Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri üçün düşərgə təşkil olunub

Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri üçün düşərgə təşkil olunub
10.04.2023 16:16
Aa
dəq

Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən “Xaricdə ilk humanitar fəaliyyət könüllüləri” üçün düşərgə həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, düşərgə Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutub.

Prezident İlham Əliyevin çağırışı ilə 10 fevral tarixində Türkiyəyə yollanan gənclər, “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq həyata keçirdikləri fəaliyyətlər, Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb.

Həmin tarixdən etibarən Türkiyədə zəlzələdən zərərçəkən əhali üçün səfərbər olan, əraziyə çatdıqları andan etibarən yorulmadan çalışaraq 30 günlük müddət ərzində fəaliyyət göstərən Azərbaycan Könüllüləri arasında “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Ekokönüllülər”, “Böyük Qayıdış” və digər könüllü təşkilatlarının gəncləri də öz yerlərini alıblar.

Azərbaycan Könüllülərinin göstərdiyi şücaət, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatının artıq daha geniş imkanlara sahib olduğunu bir daha sübut edir.

Ağır və məsuliyyətli fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələn Azərbaycan Könüllülərinin şəbəkələşməsi, asudə vaxtlarının səmərəli şəkildə idarə edilməsi, motivasiyalarının yüksək tutulması məqsədilə 3 gün müddətində Mingəçevir şəhərində baş tutan düşərgə ərzində könüllülər üçün bir sıra maraqlı fəaliyyətlər həyata keçirilib.

Düşərgə ərazisinə yollanan könüllü heyətinin səmərəli vaxt keçirməsi üçün interaktiv komanda oyunları, əyləncəli rubrikalar, idman yarışları, şəbəkələşmə enercayzerləri baş tutub.

Eyni zamanda könüllülər üçün Şəki şəhərinin gəzməli–görməli yerlərindən olan – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansara, Şəki Tarix – Diyarşünaslıq muzeyinə infotur təşkil edilib.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu