Türkiyənin Suriya ilə həmsərhəd Kilis vilayətinə azı iki mərmi düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Mərmilərin minalanmış əraziyə düşdüyü bildirilir.
Bəzi məlumatlara görə, mərmilərin düşməsindən sonra yanğın başlayıb.
Türkiyə Müdafiə Nazirliyindəki mənbələr ölkə Silahlı Qüvvələrinin cavab artilleriya və tank zərbələri endirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.