Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olunub - YENİLƏNİB

Türkiyənin ilk yerli elektromobili “Togg” İlham Əliyevə təqdim olunub - YENİLƏNİB
04.04.2023 18:30
Aa
dəq

Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı əvvəlcə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, “Togg” şirkətinin baş icraçı direktoru və idarə heyətinin üzvləri ilə görüşüb.

Prezident İlham Əliyev: Bir daha salaməleyküm.

Mustafa Varank: Hörmətli cənab Prezidentim, xoş gəldiniz.

Prezident İlham Əliyev: Xoş gördük.

Türkiyə Palatalar və Birjalar Birliyinin rəhbəri Rifat Hisarcıklıoğlu: Salaməleyküm, cənab Prezidentim, necəsiniz?

Prezident İlham Əliyev: Salam, xoş gördük. Sizi gözləyirdik.

Rıfat Hisarcıklıoğlu: Allah razı olsun. Cənab Prezidentim, gödəkçəni geyinərsinizmi?

Prezident İlham Əliyev: Təbii ki, geyinərəm.

Rifat Hisarcıklıoğlu: Ölçünü də tam tutdurmuşuq. Cənab Prezidentim, buranı ilk dəfə görürəm. Mənzərə möhtəşəmdir.

Prezident İlham Əliyev: Bura Bakının ən gözəl, ən mənzərəli yeridir. Ona görə mən bu yeri seçdim.

Xatirə şəkilləri çəkdirilib.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim etdi.

Mustafa Varank: Hörmətli cənab Prezidentim, hörmətli Prezidentimizin salamlarını gətirdik.

Prezident İlham Əliyev: Əleykümsalam.

Mustafa Varank: Türkiyədən ikinci avtomobili Sizə təqdim etmiş oluruq. Bütün Türk xalqı ikinci avtomobilin Azərbaycana göndərilməsindən çox məmnundur. Xeyirli-uğurlu olsun. İnşallah, gözəl günlərdə istifadə edərsiniz.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. İlk növbədə, Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm ki, ikinci avtomobilin mənə verilməsini tövsiyə edib. Sizə də təşəkkür edirəm, ilk növbədə, bu gözəl avtomobili istehsal etdiyiniz üçün. Bu, Türkiyənin, Türkiyə sənayesinin növbəti böyük bir uğurudur. Bu hədiyyəni mənə təqdim etdiyiniz üçün xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Mustafa Varank: Xeyirli olsun.

Sonra Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim olunub.

Dövlət başçısı “Togg” elektromobilini idarə edib.

16:09 ***

Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Həftənin ən çox oxunanları

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu