Operativ Məlumat Mərkəzi

Türkiyənin ilk milli peyki aprelin 11-də orbitə buraxılacaq

1 dəq
Paylaş:
Türkiyənin ilk milli peyki aprelin 11-də orbitə buraxılacaq
bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb. “Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik...

Türkiyənin ilk müşahidə peyki “İMECE” aprelin 11-də kosmosda orbitə buraxılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

“Yerli və milli vasitələrlə istehsal edilən ilk yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peykimiz olan “İMECE” aprelin 11-də orbitə buraxılacaq.

Təlim keçmiş insan resurslarımız, təqdim etdiyimiz imkanlar və inkişaf etdirdiyimiz texnologiyalar sayəsində biz qlobal kosmik yarışda mövcud olmağa davam edəcəyik”, - Türkiyə dövlət başçısı qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər