Əsas məzmuna keç

Türkiyənin beş vilayətində meşə yanğınları baş verib

Türkiyənin beş vilayətində meşə yanğınları baş verib

İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb. Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir. Çanaqqala...

Türkiyənin Çanaqqala, İstanbul, , Sinop və İzmir vilayətlərində ərazilərdə yanğın baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb. Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir.

Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işlərinin davam etdiyini deyib.

Valilik meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.

Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.

İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…