Əsas məzmuna keç

Türkiyədə zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb

Türkiyədə zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb

Ötən gün Balıkəsirin Sındırqı bölgəsində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb. Hadisədən sonra...

Ötən gün Balıkəsirin Sındırqı bölgəsində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" " Haber"ə istinadən xəbər verir ki, hadisədən sonra Səhiyyə naziri Memişoğlu vəziyyətlə bağlı ictimaiyyətə açıqlama verib.

Nazir bildirib ki, ümumilikdə 29 yaralı qeydə alınıb, onlardan 19-u ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 10 nəfərin isə xəstəxanada müalicəsi davam edir.

Onların hamısının vəziyyəti yaxşıdır.

Memişoğlu zəlzələ nəticəsində həyatını itirən şəxsin ailəsinə başsağlığı verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #kamal#trt
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…