Əsas məzmuna keç

Türkiyədə Təbii Fəlakətlər Nazirliyi yaradılacaq

Türkiyədə Təbii Fəlakətlər Nazirliyi yaradılacaq

bu barədə "Dünya" qəzeti məlumat əldə edib. Bildirilib ki, yeni nazirlik ölkənin üzləşdiyi çoxsaylı təbii fəlakətlərlə mübarizədə daha effektiv fəaliyyət...

Türkiyədə Təbii Fəlakətlər Nazirliyinin yaradılması istiqamətində işlərə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə "Dünya" qəzeti məlumat əldə edib.

Bildirilib ki, yeni nazirlik ölkənin üzləşdiyi çoxsaylı təbii fəlakətlərlə mübarizədə daha fəaliyyət sərgiləmək məqsədilə qurulacaq.

Yerli bələdiyyələrin tərkibində olan yanğınsöndürmə xidmətləri, həmçinin təbii fəlakətərlə bağlı bir sıra digər qurumlar nazirliyin tabeliyinə veriləcək.

Bundan başqa, binaların standart və qanunlara uyğun şəkildə tikilməsinə də Təbii Fəlakətlər Nazirliyi nəzarət edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…