Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Kazanda keçirilən BRİKS sammitində aparacağı danışıqlar ABŞ-ın Suriya ilə bağlı planlarını poza və Dəməşq ilə Ankara arasında münasibətlərin möhkəmlənməsinə səbəb ola bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek "RİA Novosti" ilə müsahibəsində deyib.
“Atlantik planlarını və ABŞ-ın Suriya ilə bağlı planlarını dayandıra və məhv edə biləcək yeganə amil liderlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi Ankara və Moskvanın əməkdaşlığı və qarşıdan gələn danışıqlardır” - deyə siyasətçi qeyd edib.
Rusiya və Türkiyənin qarşılıqlı fəaliyyəti Türkiyə, Suriya, İran, İraqın ərazi bütövlüyünün dəstəklənməsi, ABŞ və İsrailin regionda təsirlərini gücləndirmək planlarının qarşısının alınmasında mühüm amilə çevriləcək.