Operativ Məlumat Mərkəzi

Türkiyədə maliyyə naziri istefa verib?

1 dəq
Paylaş:
Türkiyədə maliyyə naziri istefa verib?

Türkiyə hakimiyyəti bəzi yerli KİV-lərin maliyyə naziri Mehmet Şimşekin istefa vermək niyyətində olduğu barədə xəbərlərini təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

"Bəzi sosial şəbəkələrdə Maliyyə və Xəzinədarlıq naziri Mehmet Şimşekin istefa vermək istədiyi iddiaları doğru deyil. Bu cür dezinformasiya xarakterli xəbərlər bazarlarda narahatlıq və inamsızlıq yaratmaq üçün qəsdən yayılır", - deyə açıqlamada qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər