Türkiyənin Zonquldak vilayətində kömür mədəni çöküb. Uçqun altında qalan iki işçidən biri xilas edilib, digərinin çıxarılması istiqamətində işlər davam etdirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Türkiyə Daşkömürü Anonim Ortaqlığına bağlı Gelik bölgəsində yerləşən mədənin mənfi 360-cı qatında baş verib.
Bölgəyə xilasedicilər cəlb olunub. İkinci işçinin axtarışları davam edir.