İranda baş verən etirazlarda ölənlərin sayı 2000-ə yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə anonim iranlı rəsmi “Reuters” ə danışıb.
Bildirilib ki, sözügedən rəqəmə həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri daxildir.
Mənbə qeyd edib ki, ölüm hallarının arxasında “terrorçular” dayanır.
Qeyd edək ki, İranda etiraz aksiyalarında 10 000-dən çox insan həbs olunub.