Operativ Məlumat Mərkəzi

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 70-dən çox şəxs saxlanılıb

1 dəq
Paylaş:
Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 70-dən çox şəxs saxlanılıb
o, bu barədə "X" sosial hesabında bildirib. “13 vilayətdə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar çərçivəsində 72 nəfər saxlanılıb”, - deyə...

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ölkənin təhlükəsizlik qüvvələrinin İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 72 nəfəri saxladığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "X" sosial hesabında bildirib.

“13 vilayətdə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlar çərçivəsində 72 nəfər saxlanılıb”, - deyə yazıb.

Şübhəlilər Adana, Ankara, Antalya, İstanbul, Trabzon və digər yerlərdə həbs edilib.

Türkiyə təhlükəsizlik xidmətləri mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, bir il ərzində qruplaşma ilə əlaqədə olmaqda şübhəli bilinən 3000-dən çox şəxs saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər