Operativ Məlumat Mərkəzi

Türkiyədə helikopter qəzasında iki pilot ölüb

1 dəq
Paylaş:
Türkiyədə helikopter qəzasında iki pilot ölüb
bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava...

Türkiyədə helikopter qəzası baş verib, iki pilot ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında Hatay hava limanından Qaziantep hava limanına uçan helikopter Qaziantepin Nurdağı mahalının Kartal kəndi ərazisində qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterdə olan 2 pilot vəfat edib, texniki işçi isə yaralanıb.

Nazir əlavə edib ki, Vahid Hava Əməliyyatları Mərkəzi helikopterlə son dəfə yerli vaxtla saat 22.49-da əlaqə saxlayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər