Operativ Məlumat Mərkəzi

Türkiyədə Böyükşəhər Bələdiyyə sədri vəfat edib

1 dəq
Paylaş:
Türkiyədə Böyükşəhər Bələdiyyə sədri vəfat edib
bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib. Nazirin X sosial media hesabında verilən açıqlamada deyilib ki, baş vermiş qəza nəticəsində...

Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrek müalicə aldığı xəstəxanada vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.

Nazirin X sosial media hesabında verilən açıqlamada deyilib ki, baş vermiş qəza nəticəsində xəstəxanaya yerləşdirilən və bir müddətdir müalicə alan Manisa Böyükşəhər Bələdiyyəsinin başçısı edilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.

Qeyd edək ki, bələdiyyə sədrini bir müddət əvvəl evində elektrik cərəyanı vurduğu üçün xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər