Əsas məzmuna keç

Türkiyədə bomba xəbərdarlığı verildiyi təyyarədə təhlükəli maddə aşkarlanmayıb

Türkiyədə bomba xəbərdarlığı verildiyi təyyarədə təhlükəli maddə aşkarlanmayıb

Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən təyyarədə bomba olmasına dair xəbərdarlığın əsassız olduğu məlum olub. Bu barədə “Anadolu” məlumat...

Türkiyədə Ankara – Ərzincan reysini həyata təyyarədə olmasına dair xəbərdarlığın əsassız olduğu məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, Əsənboğa hava limanına qayıdan təyyarə rahat şəkildə eniş edib və təhlükəsiz parklanma yerinə aparılıb.

Sərnişinlər təxliyə edildikdən sonra hava nəqliyyatı vasitəsində mütəxəssis qruplar və qoxuya həssas köpəklər tərəfindən axtarış aparılıb.

Sərnişinlərə və onların baqajına da baxış keçirilib.

qruplarının təyyarədə apardığı axtarışlar nəticəsində xəbərin yalan olduğu aydın olub.

***
Türkiyədə Ankara – Ərzincan reysini həyata keçirən sərnişin təyyarəsinə bomba xəbərdarlığı edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, “AnadoluJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra bomba xəbərdarlığı ilə əlaqədar Ankara Əsənboğa aeroportuna qayıdıb.

Hazırda təyyarədə axtarış aparılır.re

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…