Operativ Məlumat Mərkəzi

Türkiyə tezliklə Hələbdə baş konsulluq açacaq

1 dəq
Paylaş:
Türkiyə tezliklə Hələbdə baş konsulluq açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara yaxın vaxtlarda Suriyanın Hələb şəhərində ölkənin baş konsulluğunun açılmasını gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bundan əvvəl Türkiyənin Suriya Ərəb Respublikasındakı səfiri Burhan Köroğlu bildirmişdi ki, Türkiyə rəsmiləri ölkənin Hələbdəki baş konsulluğunun işinə yenidən başlamağı planlaşdırırlar.

“İnşallah tezliklə Hələbdəki baş konsulluğumuzu açacağıq”, - deyə Ərdoğan qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər