Operativ Məlumat Mərkəzi

Türkiyə kəşfiyyatı Ankaradakı terrora PKK-nın strateji nöqtələrini vurmaqla cavab verib

1 dəq
Paylaş:
Türkiyə kəşfiyyatı Ankaradakı terrora PKK-nın strateji nöqtələrini vurmaqla cavab verib
bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının hərbi, kəşfiyyat, enerji/infrastruktur...

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriya və İraqın şimalında terrorçulara qarşı yeni əməliyyat keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, həmçinin logistika və sursat anbarları kimi təşkilata aid bir çox strateji nöqtələr vurulub.

MİT əməliyyatların davam edəcəyini bildirib.

Qeyd olunub ki, bu, oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında baş vermiş terror aktına cavabdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər