Türkiyə Milli Müdafiə Nazirliyi İran tərəfindən atılan ballistik mərminin havada zərərsizləşdirilməsi barədə rəsmi məlumat yayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, qurumun "X" sosial şəbəkə hesabında paylaşılan press-relizdə qeyd olunur ki, sözügedən raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətinə yönəlib.
"İran tərəfindən buraxılan və Türkiyəyə doğru hərəkət edən ballistik mərmi Şərqi Aralıq dənizində yerləşdirilmiş "NATO" hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında aşkar edilərək məhv edilib".
Hadisə nəticəsində hər hansı xəsarət alanın olmadığı bildirilir.
Nazirlik Türkiyənin regional sabitlik və sülhün tərəfdarı olduğunu, lakin öz vətəndaşlarının və ərazisinin təhlükəsizliyini təmin etmək iqtidarında olduğunu vurğulayıb.