Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə hərbi təyyarəsinin qəzası barədə rəsmi açıqlama

2 dəq
Paylaş:
Türkiyə hərbi təyyarəsinin qəzası barədə rəsmi açıqlama

ərazisində qəzaya uğrayan Hava Qüvvələrinə məxsus "C-130" tipli təyyarəsinə hər hansı müdaxilə olmayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” "TRT Haber"-ə istinadən xəbər verir ki, bu barədə Ankara Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan istintaq çərçivəsində hazırlanmış hesabata əsasən, təyyarəyə hər hansı kənar müdaxilə olmayıb və ya partlayıcı izinə rast gəlinməyib. Məlumata görə, təyyarə qəzası ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 2025-ci il noyabrın 11-də Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax