Operativ Məlumat Mərkəzi

Türkiyə əsgərlərinin Suriyadan çıxarılması üçün 4 şərt irəli sürülüb

1 dəq
Paylaş:
Türkiyə əsgərlərinin Suriyadan çıxarılması üçün 4 şərt irəli sürülüb
{"az":"Türkiyəli siyasətçilər Dəməşq və Ankara arasında münasibətlərin normallaşması və türk qoşunlarının Suriya ərazisindən çıxarılmasının mümkün olacağı dörd...","en":"","ru":""}

Türkiyəli siyasətçilər Dəməşq və Ankara arasında münasibətlərin normallaşması və türk qoşunlarının Suriya ərazisindən çıxarılmasının mümkün olacağı dörd şərt müəyyən ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə CNN Türk-ə istinadən yazır.

Türkiyə Xarici İşlər Nazirliyi mənbələrinin telekanala verdiyi məlumata görə, dövlətlər arasında münasibətlərin normallaşmasının ilk şərti suverenliyi qorumaq üçün Suriyada terrorçulardan xilas olmaqdır.

İkincisi, Dəməşq BMT Təhlükəsizlik Şurasının Suriyada siyasi böhranın həllini və atəşkəsi nəzərdə tutan 2254 saylı qətnaməsinin müddəalarının icrasına başlamalıdır.

Üçüncü şərt Suriya hakimiyyətinin ölkədən qaçan qaçqınların geri qayıtması üçün şərait yaratması, dördüncüsü isə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının nəzarətində olan bölgəyə mütəmadi olaraq humanitar yardımın çatdırılmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər