Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə XİN ABŞ və İran arasındakı atəşkəs qərarını alqışladı

2 dəq
Paylaş:
Türkiyə XİN ABŞ və İran arasındakı atəşkəs qərarını alqışladı

Xarici İşlər Nazirliyi, ilə İran arasındakı atəşlə bağlı əldə müvəqqəti razılaşmasını məmnuniyyətlə qarşıladığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirlik bununla bağlı rəsmi bəyanat yayıb.

"Bölgədəki müharibə ilə bağlı elan olunan müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşılayırıq. Müvəqqəti atəşkəsin sahədə tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayır və bütün tərəflərin əldə olunmuş razılaşmaya sadiq qalacağına ümid edirik. Daimi sülhə aparan yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkündür", - deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə, İslamabad şəhərində keçiriləcək danışıqların uğurla nəticələnməsi üçün hər cür dəstəyi göstərməyə davam edəcək: "Bu prosesdə üzərinə düşən rola görə qardaş Pakistanı təbrik edir, sülhə töhfə verən bütün təşəbbüslərin davamını arzulayırıq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax