Tural Məmmədov: "Qurumlarda informasiya təhlükəsizliyi üzrə təlimatla bağlı koordinasiyasızlıq var"

Tural Məmmədov: "Qurumlarda informasiya təhlükəsizliyi üzrə təlimatla bağlı koordinasiyasızlıq var"
07.02.2023 14:34
Aa
dəq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin informasiya təhlükəsizliyi üzrə təlimat hazırlanaraq Koordinasiya Komissiyası vasitəsilə dövlət qurumlarına göndərilib.

 

“Operativ Məlumat Mərkəzi - OMM” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Tural Məmmədov "Dövlət qurumlarının İT rəhbərlərinin I Zirvə toplantısı"nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 90 dövlət qurumu artıq bu təlimatı təsdiq edərək icra etdiyini, 79 dövlət qurumu isə bu təlimat üzərində işləməsi ilə bağlı məlumat verib.

“Maraqlı məqam budur ki, bu təlimatın rəsmi göndərişi ilə eyni zamanda “Data.cert.gov.az” adından dövlət qurumlarına sorğu doldurulması ilə bağlı müraciət etmişik. Burada verdiyimiz suallardan biri informasiya təhlükəsizliyi ilə bağlı təlimatın olub-olmaması ilə əlaqədardır. Sahə üzrə cavabdeh şəxslərin 12-i onlarda öz informasiya təhlükəsizliyi üzrə təlimatının olmamasını bildirsə də, rəsmi məktubda həmin qurumlar təhlükəsizlik üzrə təlimatın mövcud olduğunu təsdiq edib. Bu ya daxildə koordinasiyasızlığın, ya da məlumatın düzgün çatdırılmamasının göstəricisidir. Bu istiqamətdə diqqətli olmağa çağırırıq”, - deyə Tural Məmmədov vurğulayıb.

XRİTDX İdarə rəisi dövlət qurumları əməkdaşlarının informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının planlaşdırıldığını bildirib: “Qarşımıza dövlət qurumu əməkdaşlarının beynəlxalq sertifikatlaşdırılmasını əsas hədəf qoymuşuq. Plana əsasən düşünürük ki, 6 paralel fəaliyyət həyata keçirək. Hər bir dövlət qurumundan müəyyən əməkdaşların kvalifikasiyasını artırmaq üçün “Cybercamp”a cəlb edəcəyik”.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu