Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Neft qiymətləri ABŞ-nin Hörmüz planına görə kəskin artdı

1 dəq
Paylaş:
Neft qiymətləri ABŞ-nin Hörmüz planına görə kəskin artdı

boğazının blokadaya alınması təhlükəsi qlobal bazarlarda ciddi dalğalanma yaradıb. ABŞ -Dəniz Qüvvələrinin bu hazırlığı fonunda neftin qiymətləri 7 %-dən çox artaraq bir barel üçün 100 ABŞ dollarını ötüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı "Dawn" agentliyi yayıb. Qeyd olunub ki, bu addım rəsmi Tehranın münaqişənin dayandırılması ilə bağlı razılığa gələ bilməməsi ilə əlaqədardır. Nəticədə, İran neftinin ixracı ciddi şəkildə məhdudlaşa bilər.

Bazar göstəricilərinə əsasən, "" markalı neftin bir barelinin qiyməti 6,96 ABŞ dolları (7,3 %) artaraq 102,16 ABŞ dollarına yüksəlib. Xatırladaq ki, aprelin 10-da bu markada 0,75 % ucuzlaşma alınmışdı.

Eyni tendensiya Amerika neftində də müşahidə olunur. ABŞ-nin "WTI" markalı neftinin bir bareli əvvəlki sessiyadakı 1,33 % ucuzlaşmadan sonra kəskin bahalaşıb. Qiymət 8,12 ABŞ dolları (8,4 %) artaraq 104,69 ABŞ dollarına çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax