Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Retkliff Rusiyaya niyə səfər edib?

3 dəq
Paylaş:
Retkliff Rusiyaya niyə səfər edib?

ABŞ Mərkəzi İdarəsinin (CIA) direktoru Con Retkliffin Rusiyaya səfərinin məqsədinin Moskvanı NATO üzvü ölkələrə və Baltikyanı dövlətlərə qarşı hər hansı hücumdan çəkinməsi barədə xəbərdar etmək olduğu iddia edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ rəsmiləri bildiriblər ki, Retkliffin səfəri ABŞ kəşfiyyatının son qiymətləndirmələrindən sonra baş tutub.

Həmin qiymətləndirmələrə əsasən, Prezidenti Vladimir Putin qarşıdakı bir neçə il ərzində müttəfiq ölkələrdən birinə hücum edərək NATO-nun qətiyyətini sınağa çəkə bilər.

ABŞ rəsmiləri Ukraynada müharibənin uzanması və ölkə daxilində təzyiqlərlə üzləşən Putinin xüsusilə Baltikyanı ölkələrdən birini hədəfə ala biləcəyindən narahat olduqlarını bildiriblər. Belə bir müdaxilənin kiberhücumlardan kiçikmiqyaslı quru əməliyyatlarına qədər müxtəlif formalarda ola biləcəyi qeyd edilib.

Rəsmilər həmçinin İran müharibəsinin yaratdığı xərclər səbəbindən Qərb ölkələrində sursat çatışmazlığının da Putinin mümkün hücum qərarında amil ola biləcəyinə diqqət çəkiblər. Onların iddiasına görə, Retkliffin bu həftə Moskvaya gözlənilməz səfərinin əsas məqsədlərindən biri Rusiyaya NATO ölkələrinə qarşı hücum etməməsi barədə xəbərdarlıq çatdırmaq olub.

Kremlin sözçüsü Dmitri Peskov isə dünən Moskvada jurnalistlərə açıqlamasında Retkliffin Rusiya kəşfiyyatının rəsmiləri ilə görüşlər keçirdiyini bildirib. Peskovun sözlərinə görə, CIA direktoru Rusiya Prezidenti Vladimir Putinlə görüşməyib, lakin danışıqlar barədə Putinə məlumat verilib.

ABŞ Prezidenti Tramp isə Retkliffin Moskvaya son səfərini “yarı-rutin” səfər kimi qiymətləndirib.

Tramp səfərin NATO və ya Böyük Britaniyaya qarşı mümkün Rusiya təhdidləri ilə əlaqəli olduğu barədə iddiaları rədd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə