Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Hörmüz boğazından 34 gəminin keçdiyini açıqlayıb

2 dəq
Paylaş:
Tramp Hörmüz boğazından 34 gəminin keçdiyini açıqlayıb

ABŞ Prezidenti hesabında boğazındakı mövcud vəziyyətlə bağlı yeni paylaşım edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə,, o, boğazdan keçən gəmilərin sayında kəskin artım olduğunu vurğulayıb.

"Dünən Hörmüz boğazından 34 gəmi keçib. Bu, boğazın mənasız şəkildə bağlanmasından bəri qeydə alınan ən yüksək göstəricidir", - deyə qeyd edib.

Xatırladaq ki, İranla Pakistan ərazisində aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra ABŞ lideri Hörmüz boğazının blokadaya alınacağını elan etmişdi. Bunun ardınca ABŞ Mərkəzi Komandanlığı () aprelin 13-də İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə qarşı dəniz blokadasına başlayacağını bildirmişdi.

Trampın son açıqlamasında həmçinin İrana qarşı sərt xəbərdarlıq da yer alıb:

“İrana məxsus gəmilər Hörmüz boğazını blokadaya alan ABŞ hərbi dəniz qüvvələrinə yaxınlaşarsa, dərhal zərərsizləşdiriləcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax