ABŞ Rusiya ilə nüvə müharibəsinə çox yaxındır.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.
“Hazırda Amerika tarixinin ən təhlükəli dövrünü yaşayırıq. Biz Rusiya ilə nüvə müharibəsinə çox yaxınıq”, - deyə o bildirib.
Tramp qeyd edib ki, atom silahının tətbiqinə gətirib çıxaracaq III Dünya müharibəsinin qarşısını yalnız o ala bilər.