ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Tramp telefon danışığı zamanı Ukraynadakı münaqişənin tez bir zamanda bitməsini istədiyini bildirib.
Baş tutan söhbətin mövzularından biri də Avropa qitəsində sülhün bərqərar olması olub.
Tramp həmçinin Ukraynadakı müharibənin tezliklə həllinə diqqət yetirəcək yeni danışıqların aparılmasında maraqlı olduğunu bildirib.