Əsas məzmuna keç

Tramp müharibəni dayandıracaq? - Zelenski ilə mühüm danışıq

Tramp müharibəni dayandıracaq? - Zelenski ilə mühüm danışıq

Ağ Ev rəhbəri və Ukrayna lideri Rusiya ilə münaqişənin həllini müzakirə ediblər. Putini kim razı sala bilər? Üçtərəfli görüşün vaxtı və gizli detalları.

en ru

ABŞ Prezidenti Tramp Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ilə müharibəni mümkün qədər tez bitirmək istədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV Ukrayna rəsmisinə və söhbətlə tanış olan iki digər mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp və Zelenski arasında çox səmimi və müsbət atmosferdə keçib. Zelenski göstərilən dəstəyə görə Trampa təşəkkür edib və yalnız onun Vladimir Putini müharibəyə son qoymağa inandıra biləcəyini vurğulayıb.

Mənbələrdən biri bildirib ki, Zelenski müharibənin bu il başa çatacağına ümid etdiyini deyib. Tramp isə cavabında münaqişənin həddindən artıq uzandığını və onun bir ay ərzində bitməsini istədiyini qeyd edib.

Reutersin məlumatına görə, telefon danışığından sonra Zelenski Rusiya və ABŞ ilə üçtərəfli danışıqların gələn ayın əvvəlində keçiriləcəyini açıqlayıb.

Zelenski X sosial şəbəkəsində yazıb: “Biz bu görüşün danışıqları liderlik səviyyəsinə keçirmək üçün fürsət yaratmasını gözləyirik. Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…