ABŞ Prezidenti Donald Tramp İranın yeni ali rəhbərinin seçilməsi ilə bağlı məyus olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Tramp jurnalistlərlə söhbəti zamanı İranın Ali Rəhbəri vəzifəsinə Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin seçilməsi qərarına münasibət bildirib. Onun sözlərinə görə, bu qərar ölkə üçün mövcud problemlərin davam etməsinə səbəb ola bilər.
“Biz inanırıq ki, bu, ölkə üçün yalnız eyni problemlərə gətirib çıxaracaq. Buna görə də onların seçimini görüb məyus oldum”, – deyə ABŞ Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, İranın yeni liderinin hücumların hədəfinə çevrilib-çevrilməyəcəyi barədə fərziyyə yürütmək yersizdir.