Əsas məzmuna keç

Tramp İrana 48 saat vaxt verdi: Enerji obyektləri vurula bilər

Tramp İrana 48 saat vaxt verdi: Enerji obyektləri vurula bilər

"Truth Social"da paylaşım edən Donald Tramp Tehranı hədələdi: Strateji marşrutda gəmiçilik bərpa olunmasa, ABŞ ordusu elektrik stansiyalarını dərhal məhv edəcək.

en ru

ABŞ Prezidenti bəyan edib ki, Hörmüz boğazı 48 saat ərzində üçün tam açılmazsa, ABŞ İranın stansiyalarına zərbələr endirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “Truth ” hesabında yazıb: “Əgər İran Hörmüz boğazını 48 saat ərzində tam və təhlükəsiz şəkildə açmasa, ABŞ ən böyüyündən başlayaraq müxtəlif elektrik stansiyalarına zərbə endirəcək və onları məhv edəcək”.

Bundan əvvəl, martın 11-də İran Silahlı Qüvvələrinin rəsmisi bildirmişdi ki, İran bu strateji marşrutdan ABŞ və müttəfiqləri ilə əlaqəli yanacaq daşımalarına icazə verməyəcək.

Martın 15-də isə rəsmi Tehran Hörmüz boğazında gəmiçilik üzərində nəzarət tədbirləri daxil olmaqla, bütün vasitələrdən istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…