Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp: İran razılaşma əldə etməyə çox maraqlıdır

2 dəq
Paylaş:
Tramp: İran razılaşma əldə etməyə çox maraqlıdır

ABŞ Prezidenti NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammitində iştirakını başa vurduqdan sonra ölkəsinə təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp İranın hərbi təxribatlarına qarşı sərt cavab verdiklərini bildirərək, ABŞ-nin hər zərbəyə qat-qat güclü cavab verəcəyini və son əməliyyatlarda bunun nümayiş etdirildiyini deyib.

Məlumata görə, ABŞ Prezidenti Tehranın razılaşma əldə etməkdə maraqlı olduğunu iddia etsə də, İranın öhdəliklərinə sadiq qalacağına əmin olmadığını vurğulayıb.

Bildirilib ki, Tramp NATO sammitinin nəticələrini də müsbət qiymətləndirərək, ilə münasibətlərin yüksək səviyyədə olduğunu, Rəcəb Tayyib Ərdoğanla görüşünün səmərəli keçdiyini və iki ölkə arasında uğurlu ticarət sazişlərinin imzalandığını qeyd edib.

Qeyd olunub ki, ABŞ Prezidenti sammit çərçivəsində Suriya Prezidenti Əhməd Şara və Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib. O, həmçinin Avropa müttəfiqlərinin müdafiə xərclərini artırmaq istiqamətində atdığı addımları və NATO daxilində birliyin möhkəmlənməsini yüksək qiymətləndirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax