İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlarda ağıllı davranır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
Ağ Ev rəhbəri Tramp deyib ki, Tehran ağıllı şəkildə danışıqlar aparır və İran nüvə silahına malik olmamalıdır.
İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqların dördüncü raundu dünən Maskatda başa çatıb. İki həftəlik fasilədən sonra danışıqlar davam etdirilib. Tehran və Vaşinqton arasında dolayı danışıqların birinci və üçüncü raundu müvafiq olaraq aprelin 12 və 26-da Omanda, ikinci raundu isə aprelin 19-da İtaliyanın paytaxtı Romada baş tutub.
İran və ABŞ yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundu keçirəcək.