Əsas məzmuna keç

Tramp Hörmüz boğazını açmadan İranla müharibəni bitirməyə hazırdır - KİV

Tramp Hörmüz boğazını açmadan İranla müharibəni bitirməyə hazırdır - KİV

Donald Tramp ABŞ-ın Tehrana qarşı hərbi əməliyyatları dayandırmaq planını açıqladı. Ağ Evin yeni strategiyası və WSJ-nin sensasiyalı iddiası ilə tanış olun.

en ru

Prezidenti köməkçilərinə boğazının əsasən bağlı qalmasına baxmayaraq, İrana qarşı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb

Nəşrin mənbələri Tramp və köməkçilərinin son günlərdə belə bir nəticəyə gəldiklərini bildirib ki, Hörmüz boğazının açılması əməliyyatı başlasa, münaqişə daha da şiddətlənə və planlaşdırılan 4-6 həftədən daha uzun müddətə uzana bilər.

Rəsmilər bildiriblər ki, Tramp Vaşinqtonun əsas məqsədlərinə çatmalı olduğu qənaətinə gəlib: İranın dəniz və raket imkanlarını məhv etmək və davam edən hərbi əməliyyatlara son qoymaqla yanaşı, Tehrana gəmiçilik fəaliyyətinin bərpası üçün diplomatik təzyiq göstərmək.

WSJ mənbələri qeyd edir ki, əgər bu baş tutmasa, Vaşinqton Avropa və Fars körfəzindəki müttəfiqlərinin Hörmüz boğazını açmaq təşəbbüsünü göstərməsində israr edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…