ABŞ prezidenti Donald Tramp Ədliyyə Departamentinə keçmiş prezident Co Baydenin administrasiyası dövründə çalışmış bütün federal prokurorları işdən çıxarmaq əmrini verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, bu barədə fevralın 18-də özünün "Truth" sosial platformasında yazıb.
"Son dörd il ərzində ABŞ Ədliyyə Nazirliyi heç vaxt olmadığı qədər siyasiləşdirilib. Buna görə də mən Bayden dövründə qalan bütün federal prokurorların işdən çıxarılmasına göstəriş vermişəm”, - Tramp bildirib