Əsas məzmuna keç

Tramp administrasiyası iqlimə uyğun layihələrə ayrılan 3 milyard dollarlıq maliyyəni ləğv edib

Tramp administrasiyası iqlimə uyğun layihələrə ayrılan 3 milyard dollarlıq maliyyəni ləğv edib

bununla bağlı xarici KİV məlumat yayıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən edilən açıqlamada, keçmiş prezident Co Bayden dövründə başladılan iqlim...

ABŞ-də administrasiyası iqlimə uyğun layihələr üçün nəzərdə tutulan 3 milyard dollara yaxın qrant proqramlarını ləğv etdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən edilən açıqlamada, keçmiş prezident Co Bayden dövründə başladılan iqlim dostu proqramının ləğv edildiyi bildirilib.

Bəyanatda 3 milyard dollara yaxın proqram çərçivəsində maliyyələşdirilən layihələrin əksəriyyətinin “çox baha başa gəldiyi və bu vəsaitlərin yarısından azının fermerlərə getdiyi” iddia edilir.

Kənd Təsərrüfatı Katibi Brooke Rollins də Bayden administrasiyasının bu proqramının fermerlər üçün yaradılmadığını deyib.

Trump administrasiyasının ləğv etdiyi proqram, eroziyaya mane olan bitkilərin əkilməsi və kənd təsərrüfatının ətraf mühitə təsirlərini minimuma endirmək üçün bitki qidalarını idarə etmək kimi layihələri dəstəkləyib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…