Əsas məzmuna keç

Donald Tramp İrana ayrılan vəsaitlərin məqsədini açıqladı

Donald Tramp İrana ayrılan vəsaitlərin məqsədini açıqladı

ABŞ-nin Prezidenti Donald Tramp İrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılması və vəsaitlərin ayrılması prosesi ilə bağlı iddialar irəli sürüb.

en ru

Prezidenti İrana qarşı edilən sanksiyalar çərçivəsində dondurulmuş vəsaitlərin bir hissəsinin sərbəst buraxılması məsələsinə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp sözügedən maliyyə vəsaitlərinin birbaşa İran hökumətinin sərəncamına verilmədiyini qeyd edib.

Məlumata görə, ABŞ Prezidenti bu vəsaitlərin xüsusi “escrow” (şərti saxlama) hesablarında saxlanıldığını vurğulayıb.

Bildirilib ki, həmin mexanizmə əsasən, pulların istifadəsi yalnız əvvəlcədən müəyyən edilmiş məqsədlərlə məhdudlaşdırılır.

Qeyd olunub ki, Trampın sözlərinə görə, sərbəst buraxılan vəsaitlər yalnız ABŞ istehsalı olan ərzaq məhsullarının və tibbi ləvazimatların alınmasına yönəldilə bilər.

Məlumata görə, ABŞ administrasiyası bu vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət mexanizmlərinin tətbiq olunacağını da vurğulayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…