ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynaya silah satmaq barədə razılığa gəliblər və xərcləri Avropa ödəyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ağ Ev prezidenti bildirib ki, NATO və ABŞ-ın alyansdakı daimi nümayəndəsi Metyu Uitaker tədarükləri koordinasiya edəcək.