Əsas məzmuna keç

Tramp ABŞ-də daha çox ruhi xəstəxanalar açmaq istəyir

Tramp ABŞ-də daha çox ruhi xəstəxanalar açmaq istəyir

Tramp bu barədə “Daily Caller” qəzetinə müsahibəsində bildirib. Cinayətkarlığı azaltmaq üçün nə edəcəyini soruşduqda, ABŞ lideri uzun müddətdir bağlı...

ABŞ prezidenti ABŞ-nin bir neçə ştatında ciddi problemləri olan insanlar üçün xəstəxanaların açılmasına icazə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə“Daily Caller” qəzetinə müsahibəsində bildirib.

Cinayətkarlığı azaltmaq üçün nə edəcəyini soruşduqda, ABŞ lideri uzun müddətdir bağlı olan xəstəxanaların yenidən açılmasını düşünə biləcəyini söyləyib.

O, əlavə edib ki, Nyu-York və Kaliforniya kimi ştatlarda onların sayı çox idi ancaq ruhi xəstəxanaları saxlamaq çox bahadır, ona görə də səlahiyyətlilər onları bağlayıb.

Tramp bu qərarın ABŞ-nin böyük şəhərlərində kriminal vəziyyətə təsiri ilə bağlı müşahidələrini də bölüşüb. O, əmindir ki, psixi pozğunluğu olan insanlar cəmiyyət üçün “çox təhlükəlidir”. Onlar isə kifayət qədər uzun, 85 ilədək ömür sürə bilirlər, deyə qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…