Əsas məzmuna keç

Tozlu hava 2 gün davam edəcək

Tozlu hava 2 gün davam edəcək

bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı...

Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar transsərhəd xarakterlidir və yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və , Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir:

"Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.3, dəm 1.5, azot-4 oksid 1.3, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3 dəfə normadan yüksək müəyyən edilib. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır".

Hava proqnozu

21° Bakıda indiArabir yağış
  1. Bu gün Tutqun 22° 19°
  2. Sabah Arabir yağış 20° 19° yağış 67%
  3. Birigün Günəşli 23° 19°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…