Operativ Məlumat Mərkəzi

Tovuzda üçotaqlı ev yanıb

1 dəq
Paylaş:
Tovuzda üçotaqlı ev yanıb
Tovuzda üçotaqlı ev yanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Tovuz rayonunun Aşağı...

Tovuzda üçotaqlı ev yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Aşağı Quşcu kəndində ümumi sahəsi 144 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər