Tovuzda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Tovuzda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
25.07.2024 12:55
Aa
dəq

Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Tovuz rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, iyulun 1-də Tovuz rayon sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1969-cu il təvəllüdlü Mübariz Yusifov iyunun 27-də rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Novruz Hacıyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır. Mübariz Yusifov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Həftənin ən çox oxunanları

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO
DAVAMIN OXU davamın oxu

Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakıda evdə partlayış olub, xəsarət alan var
DAVAMIN OXU davamın oxu

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb
DAVAMIN OXU davamın oxu

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb
DAVAMIN OXU davamın oxu

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO
DAVAMIN OXU davamın oxu