Əsas məzmuna keç

“Tofaş”la avtoxuliqanlıq edən sürücü həbs edilib

“Tofaş”la avtoxuliqanlıq edən sürücü həbs edilib

Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi...

Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində olmadan hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən məlumat verilib.

T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…