Əsas məzmuna keç

Ticarət dövriyyəsi 3,7 % artıb

Ticarət dövriyyəsi 3,7 % artıb

Statistika Komitəsi yanvarda pərakəndə satışın 5,3 milyarda çatdığını açıqladı. Hər nəfər orta hesabla 516 manat xərcləyib. Bəs ən çox hansı mallar alınıb?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın pərakəndə şəbəkəsində bu ilin yanvar ayında istehlakçılara ümumilikdə 5,3 milyard manatlıq məhsul satılıb. Satışın 2,9 milyard məhsulları, içkilər və tütün məmulatlarının, 2,4 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə rəsmi məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Statistik göstəricilərə görə, ötən ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 % artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 %, qeyri-ərzaq malları üzrə isə 6,6 % təşkil edib.

Ötən ay alıcıların xərclədiyi vəsaitin əsas hissəsi, yəni 49,1 %-i ərzaq məhsullarına yönəldilib. Digər xərclər isə belə paylanıb: 14,4 % toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,7 % benzini və dizel yanacağı, 4,9 % içkilər və tütün məmulatları.

Həmçinin, vəsaitin 4,5 %-i elektrik malları və mebellərin, 2,7 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,5 %-i kompüter və telekommunikasiya avadanlıqlarının, 17,2 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ayında qeyri-dövlət sektorunda fəaliyyət göstərən subyektlərin satdığı malların dəyəri real ifadədə 3,8 % artıb. Bu sektor ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

İl ərzində pərakəndə ticarət dövriyyəsində real artım müəssisələr üzrə 5,4 %, fərdi sahibkarlar üzrə 1,8 %, bazar və yarmarkalarda isə 5,5 % olaraq qeydə alınıb.

Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla 516 manatlıq alış-veriş edib. Bunun 279 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 237 manatı isə qeyri-ərzaq mallarına xərclənib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…