Əsas məzmuna keç

Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb - YENİLƏNİB-3

Tibetdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 95-ə çatıb - YENİLƏNİB-3

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Çinin cənub-qərbində Rayonunda (TMR) baş verən nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində azı doqquz nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, bir çox binanın dağılmasına səbəb olub. Yerli iqtidar axtarış-xilasetmə əməliyyatları üçün resursları səfərbər edib. Təkrar yeraltı təkanların baş vermə təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.

Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…