Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiyanın Odessaya PUA hücumu: 3 nəfər ölüb

2 dəq
Paylaş:
Rusiyanın Odessaya PUA hücumu: 3 nəfər ölüb

Bazar ertəsinə keçən gecə Ukraynanın Qara dəniz sahilindəki Odessa limanına həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, regionun qubernatoru Oleq Kiperin "Telegram" tətbiqində verdiyi məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla üç nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

Kiper qeyd edib ki, yaşayış binaları, kritik infrastruktur və inzibati obyektlər hədəf alınıb.

Müharibənin davam etdiyi bir vaxtda Moskva Ukraynanın cənubundakı əsas logistika mərkəzi və taxıl ixracının böyük hissəsini həyata keçirən Odessaya hücumları intensivləşdirib.

Rusiyanın nəzarətində olan Luqansk vilayətindəki Biloriçenska kömür mədəninə endirilən zərbə nəticəsində elektrik yarımstansiyası zədələnib və 41 mədənçi yeraltında qalıb.

Rusiya qısa müddət ərzində 148 dronunun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.

Belqorod vilayətində PUA nəticəsində mülki müdafiə könüllüsü həlak olub, Novorossiyskdə isə çoxmərtəbəli yaşayış binasına ziyan dəyib.

Bununla yanaşı, Rusiyanın işğalı altındakı Donetsk və Makeyevka şəhərlərində Ukraynanın enerji infrastrukturuna hücumlarından sonra elektrik enerjisinin verilişi qismən bərpa edilib. Krımın Sevastopol şəhərində də gün ərzində dörd dron hücumunun qeydə alındığı bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax