Əsas məzmuna keç

Thodex-in qurucusu Faruk Fatih Özer həbsxanada asılmış vəziyyətdə tapılıb

Thodex-in qurucusu Faruk Fatih Özer həbsxanada asılmış vəziyyətdə tapılıb

Faruk Fatih Özerin meyiti həbsxananın tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə aşkarlanıb. Qeyd edək ki, Thodex adlı kriptovalyuta...

Thodex-in qurucusu Özerin həbsxanada meyiti tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Faruk Fatih Özerin meyiti həbsxananın tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Thodex adlı kriptovalyuta birjası vasitəsilə çox sayda insanı yolu ilə aldatmaqda ittiham olunan Faruk Fatih Albaniyada 2022-ci il avqustun 30-da saxlanılaraq Türkiyəyə gətirilib. Onun barəsində cinayətkar təşkilat qurmaq, idarə etmək və təşkilata üzv olmaq, dələduzluq və əmlak dəyərlərini leqallaşdırmaq kimi ittihamlarla 11 min 190 il 6 ay həbs cəzası tələb olunurdu.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…