Operativ Məlumat Mərkəzi

“The Guardian”: 2026-cı il Zelenski üçün müharibənin ən çətin ili ola bilər

2 dəq
Paylaş:
“The Guardian”: 2026-cı il Zelenski üçün müharibənin ən çətin ili ola bilər
bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.Qeyd edilib ki, 2026-cı il Zelenski üçün müharibə illərinin ən çətin mərhələsi ola bilər.Qəzet...

Ukrayna Prezidenti Vladimir Zelenski münaqişənin başlamasından bəri onu ən ağır sınaqlarla üz-üzə qoya biləcək bir dövrə daxil olur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, 2026-cı il Zelenski üçün müharibə illərinin ən çətin mərhələsi ola bilər.

Qəzet yazır ki, Ukrayna cəmiyyəti ardıcıl elektrik kəsintiləri ilə müşayiət olunan daha bir çətin qışı yaşayır və ölkədə ümumi yorğunluq açıq şəkildə hiss olunur.

Onun sözlərinə görə, ukraynalıların tezliklə fasiləyə ehtiyacı olduğu hiss olunur, ölkə özünü tükənmiş hiss edir.

Məqalədə qeyd olunur ki, 2019-cu ildə beş illik müddətə prezident seçilən Vladimir Zelenski artıq yeddinci ildir ki, hakimiyyətdədir. Bu vəziyyət onu həm Avropa paytaxtlarında, həm də Kiyevin özündə artan siyasi təzyiqlərlə üzləşdirir.

Vurğulanır ki, davam edən müharibə, iqtisadi və sosial çətinliklər fonunda Zelenskinin qarşıdakı dövrdə verəcəyi qərarlar Ukraynanın gələcək taleyi baxımından həlledici ola bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər