''Təyyarənin uçuşu İran ərazisində baş tutub''

''Təyyarənin uçuşu İran ərazisində baş tutub''
13.03.2023 13:54
Aa
dəq

"Uçuş İranın sərhədyanı bölgələrində və İranın daxili ərazilərində, monitorinqlər çərçivəsində vaxtaşırı həyata keçirilən normal və şərti uçuş olub. Bu cür uçuşlar

"Operativ Məlumat Mərkəzi-OMM" Iran KIV-ə istinadən xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O, İran hərbi təyyarəsinin Azərbaycanla həmsərhəd ərazilərində uçuşuna dair sualı cavablandırıb.

N. Kənani İran səfirinin Azərbaycan XİN-ə çağırılıması və etiraz notası verilməsinə dair deyib:

"Təyyarənin uçuşu İranın daxili məkanında, ümumi sərhədə paralel və Azərbaycan sərhədindən münasib məsafədə həyata keçirilib. Bir şey səhv olarsa, adətən, radarlar və hava hücumundan müdafiə şəbəkələri radio rabitəsi ilə lazımi xəbərdarlıqlar edir. Bu uçuşla bağlı heç bir radar və ya radio xəbərdarlığı verilməyib".

XİN söğzçüsü əlavə edib: "Beynəlxalq uçuş qaydalarına görə, əgər uçuş zamanı qeyri-adi hadisə baş verərsə, texniki çərçivələrdə məlumat mübadiləsi aparılır. Üstəlik, Azərbaycan Respublikası ilə müdafiə sahəsində əlaqələrimiz var, səfirliyimiz fəaldır, hərbi attaşemiz oradadır.

Əgər xoş niyyətə əsaslansaydı, İran səfirliyi və hərbi attaşemizlə fikir mübadiləsi aparılar və anlaşılmazlıqlar həll olunardı. Azərbaycan Respublikası hökumətinin səfiri XİN-ə çağırmasını xoşniyyətli, qonşuluq münasibəti hesab edə bilmərik.

Bu cür xüsusi məsələlərin məlum çərçivələrdə qaldırılacağını və həllini gözləyirik. Mübahisəli məsələlərin media məkanında və tribunalar arxasından qaldırılması onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil".

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu