Operativ Məlumat Mərkəzi

Texasda güclü meşə yanğınları davam edir

2 dəq
Paylaş:
Texasda güclü meşə yanğınları davam edir
{"az":"təxminən 150 min hektar ərazini əhatə edən yanğınla əlaqədar ştatın 60 əyalətində fövqəladə vəziyyət elan edilib. Yerli mətbuata əsasən, yanğınlara səbəb...","en":"","ru":""}

Texas tarixinin ən böyük ikinci meşə yanğınına şahidlik edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 150 min hektar ərazini əhatə edən yanğınla əlaqədar ştatın 60 əyalətində fövqəladə vəziyyət elan edilib.

Yerli mətbuata əsasən, yanğınlara səbəb eyni vaxtda müşahidə olunan isti hava və güclü külək olub. Texas ştatının Hutchinson qraflığında ən böyük yanğın bazar ertəsi günortadan sonra hündür otda başlayıb və 65-80 km/saat sürətlə əsən külək yanğını təxminən 65 km cənub-şərqdə yerləşən Pampa şəhərinə (Texasın şimalı) doğru itələyib.

Meşə xidmətinin məlumatına görə, bu günə qədər yanğınlar nəticəsində 150 min hektardan çox ərazi yanıb. Hutchinson, Moore, Grey County və Oldham County-də ümumilikdə beş böyük yanğın qeydə alınıb.

Artıq yanğın digər əyalətlərə də keçərək Oklahoma ştatına çatıb. ABŞ-ın PowerOutage saytına görə, təbii fəlakət çərşənbə axşamı günü axşam saatlarında Hatçinson qraflığında təxminən 2000 nəfəri işıqsız qoyub.

Yanğın nəticəsində yüzlərlə ev yanıb. Ölənlər barədə məlumat yoxdur

Qeyd edək ki, Ştat tarixində ən böyük yanğın 2006-cı ildə qeydə alınıb.

Şərqi Amarillo Kompleksində baş verən yanğın nəticəsində təxminən 1400 kvadrat mil ərazini yanıb və 13 nəfərin təbii fəlakət nəticəsində həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər