Əsas məzmuna keç

Tərtərdə iki şəxsi öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Tərtərdə iki şəxsi öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

rayonunda iki şəxsi öldürməkdə təqsirləndirilən şəxs barəsində məhkəməyə göndərilib

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Tərtər rayon prokurorluğundan məlumat verilib.

Cari il fevralın 19-da Tərtər rayonu ərazisində 1981-ci il təvəllüdlü və 1992-ci il təvəllüdlü Namiq Allahverdiyevin öldürülmələrinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə tamamlanıb.

İbtidai istintaq zamanı 1970-ci il təvəllüdlü Asəf Məmmədovun heç bir əsaslı səbəb olmadan arvadı Gülnar Məmmədovaya bıçaqla, daha sonra isə Namiq Allahverdiyevə odlu silah və bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Asəf Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə yekun ittiham elan edilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…